AZƏRBAYCANLI PİANOÇU Fransanı MƏST ETDİ- FOTO

Azərbaycanlı pianoçu Fransanı məst etdi - FOTO

Fransanın Anqien-le-Bən (Enghien-les-Bains) şəhərində azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

Konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil edilib.

Protestant Məbədində keçirilən konsertdə pianoçu bəstəkar Fərhad Bədəlbəylinin və dünya klassiklərindən Bethoven, Mendelssohn, Lisztin, türk bəstəkarı Fazil Sayın və digərlərinin əsərlərindən nümunələr səsləndirib.

Azərbaycanlı musiqiçinin ifası gürultu alqışlarla müşayiət olunub.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransada musiqişünaslıq ixtisasına yiyələnən S.Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir. (report)

 






Fikirlər