SƏKKİZ ƏMƏKDAŞ bir gündə getdi - Ulviraya İTTİHAMLAR

Səkkiz əməkdaş bir gündə getdi

14 dekabr tarixində CVN (Cavan) internet televiziyasının 8 əməkdaşı (3 aparıcı, 5 müxbir) efiri yarımçıq qoyaraq, işini tərk edib. 

Bu barədə televiziyanın əməkdaşı Farida Abdulla sosial şəbəkədə məlumat yayıb. O iddia edib ki, buna səbəb baş prodüser Ulvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. 

F. Abdullanın sözlərinə görə, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib. 

“Qafqazinfo” məsələylə bağlı ittiham olunan Ulvira Qarayevayla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.






Fikirlər