MƏRHUM AŞIĞIN dəhşətli ÖLÜM SƏBƏBİ (VİDEO)

Mərhum aşığın dəhşətli ölüm səbəbi (VİDEO)

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışı mərhum sənətkar aşıq Vüqar Mahmudoğlunun həyatına həsr olunub.
Proqramda ilk əvvəl sənətkarın atası, böyük ustad aşıq Mahmudun faciəvi ölümündən bəhs edilib:
"Kəndə gedib təsadüfən görüb ki, işıqlar sönüb, "tok" qırılıb. Deyiblər ki, yer nəmdir, aşığa deyin bu gün qalsın. Əlinin arxasıyla yoxlayıb ki, "tok" var, ya yox. Görüb ki, yoxdur. "Tok"u götürüb qırağa qoymaq istəyib ki, maşın keçsin. Həmin dəqiqə işıq yanıb, ölüb. İşıq 1 dəqiqədən sonra sönüb".
Daha sonra dostları, qardaşı və oğlu aşıq Mahmudla bağlı xatirələrini bölüşüb. Qardaşı Elnur Niftalıyev ailədə 7 övlad olduqlarını, Vüqarın  ilk övlad olduğunu deyib:
"Böyük qardaş kimi yox, dost kimi davranırdı. Qardaşımın ölümü anama o qədər təsir etdi ki, ancaq Vüqara qaçmaq istəyir. Çox gərgindir. Həyatdan tam küsüb. Sağalmaq istəmir, həkim istəmir, yaşamaq istəmir. Oğlunun yanında olmaq istəyir, ölmək istəyir. Atamın ölümündən sonra qohumun toyu olacaqdı, təxirə saldı. Dedi ki, toyu Vüqar etsin. 2 aydan sonra toyu Vüqar etdi. Toyu edəndə elə bildim ki, atam qayıdıb. O günü biz hər şeyi unutduq. Ən böyük arzusu oğlunun toyunu görmək idi. Deyirdi ki, restoranda yox, 3 gün mağar toyu edəcəm. İndi mənə hər şey Vüqarı xatırladır. Vüqarın heç vaxt şikayəti olmayıb. Özünə baxan adam idi. Axşam saat 11-də ürəyi tutub. 3 təcili yardım gəlib və heç biri üstünə götürməyib. Vəziyyəti ağır olub. Gecə saat 3-ün yarısı qardaşım Anar zəng vurdu ki, Vüqar xəstəxanaya yerləşdirilib, gəl. İnfarkt dayanmadan başlamışdı. Gecə 3 dəfə infarkt vurub. 2 gün saxladılar. Dayağımı itirdim. Oğlundan da çox mənə ağırdı. Mən həm qardaşımı, həm də atamı itirdim. Həm də ata idi mənə. İnşallah, qismət olarsa, atasının və babasının adına layiq bir aşıq olacaq o da. İki sənəkarın adını daşıyır. Hazırlayırıq onu. İndi çıxara bilmərik".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi