Avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü"dür

Avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü"dürBu gün - avqustun 1-i ölkəmizdə "Azərbaycan əlifbası və Azərbaycan dili günü"dür.

Azərbaycan xalqı min illər öncə yazı mədəniyyətinə sahib olub. Bunu Qobustan və Gəmiqaya təsvirləri də sübut edir.
Hələ Manna dönəmində bu xalq heroqliflərdən və əlifbadan istifadə edirdi. Albaniya dönəmində 52 hərfdən ibarət əlifbamız vardı.

İslam dini Azərbaycanda yayılandan sonra 1000 ildən artıq - 1922-ci ilə qədər ərəb əlifbasından istifadə olundu. 1922-ci ildə ölkəmizdə Yeni Əlifba Komitəsi yaradıldı. Komitə Azərbaycan dili (o zaman türk dili deyilirdi) üçün latın əlifbasına keçidi müəyyən etdi. 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın tövsiyəsi ilə 1929-ci il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. 1940-cı ildən etibarən ölkədə kiril əlifbasından istifadə olunmağa başlandı.

1992-ci ildə Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçid üçün Qanun qəbul edildi. 2001-ci ildə latın əlifbasına keçid başa çatdırıldı. Həmin ildən başlayaraq, ölkəmizdə avqust ayının 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunur.






Fikirlər