AzTV bu aparıcılarla yeni verilişə başlayır

AzTV bu aparıcılarla yeni verilişə başlayır

Azərbaycan Televiziyasının (AzTV) efirində bu gündən etibarən yeni layihə yayımlanacaq.
Axşam.az xəbər verir ki, “Gündəlik” adlı proqram həftəiçi hər gün saat 16.30-dan efirdə olacaq. Verilişdə ölkə və dünya gündəmində olan hadisələr şərh olunacaq, müxtəlif maraqlı rubrikalar təqdim ediləcək.
Proqramın aparıcıları Nərgiz Cəlilova, Kamran Ağabalayev və Şaiq Ağayevdir.


 






Fikirlər