Qəzet satıcından kafel-metlax monopolistinə çevrilən deputat – FOTO

47095_srcmirkazim_kazimov_f_dyeni

 

 

 

 

 

 

 

 

68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Mirkazım Mirkazımovdur. Hansı ki, deputat olmaqla yanaşı, eyni zamanda “Qasid” ASC-nin də rəhbəridir. Yəni qanunlara məhəl qoymayaraq, biznes fəaliyyətini davam etdirir. Özü də maraqlıdır ki, bir çox deputatlar özlərinə məxsus olan şirkətlərdə fəaliyyətlərini ən azından dolayısı ilə yaxınlarının adına keçirməklə davam etdirirlər. M. Kazımov isə deputat olsa da, şirkətinə də birbaşa olaraq başçılıq etməkdə davam edir. Onun bu firması mətbuat yayımı ilə məşğuldur.

c3f59c020995Son illər isə biznes sahəsində işləri o qədər də uğurla getmir. Belə ki, özünün də mətbuata söylədiyi kimi, bir sıra köşkləri tikinti işləri ilə əlaqədar sökülüb. 2014-cü ildə “Qasid” firmasının bir sıra qəzetlərə borcunun da yarandığı müəyyən edilmişdi. Əsas borc da “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə idi. Bunu M. Kazımovun özü də dəfələrlə mətbuata müsahibələrində boynuna alıb. O bu qəzetlərə 30-40 min manat borcunun olduğunu söyləyib. Amma əks tərəf borcun məbləğinin 70 min manata çatdığını bildirirdi. Vaxtilə mətbuatda “Qasid” firmasının onun əlində alınacağı və yaxud müvafiq dövlət qurumunun nəzarətinə keçəcəyilə bağlı da fikirlər səslənmişdi. Onu da qeyd edək ki, “Qasid” firmasının köşkləri ancaq mətbuatla bağlı məhsulların satılması üçün hesablansa da,burada hər cür xırdavat malların satıldığını müşahidə edirik. Sanki, bu firmanın qəzet və yurnallardan daha çox, mətbuata aid olmayan başqa malların satışı üzrə ixtisaslaşıb. Əslində bununla da şirkət qanunlara əməl etmədiyini bir daha ortaya qoymuş olur.

Bu firma keçən ilin oktyabrın 1-dən pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırmalı olub. Bunu millət vəkili son zamanlar firmanın satışda rəqabətə tab gətirə bilməməsilə izah etmişdi.

DSC_5788Cəlilabad seçiciləri də M. Kazımovun fəaliyyətindən  narazıdırlar. Rayon sakini Hidayət İsmayılov Yenicag.az-a açıqlamasında rayonda M. Kazımovdan narazıların həddən artıq çox olduğunu bildirdi: “67 saylı Cəlilabad şəhər seçki dairəsindən Malik Həsənov və 68 saylı Cəlilabad kənd seçki dairəsindən seçdirilən Mirkazım Kazimov barədə bir rayon vətəndaşı olaraq deyə bilərəm ki, hər ikisinin millət vəkili olaraq rayon seçicilərinə aid heç bir fəaliyyəti olmayıb. Onların deputatlıq dönəmində Cəlilabada səfərləri olubsa da belə, bu görüşlər ancaq hakimiyyət dairələri ilə görüşlərdən ibarət olub və bununla da işlərini bitirərək, qayıdıb gediblər. M. Kazımov konkret olaraq Cəlilabad seçicilərinin sosial, nə də siyasi problemlərilə maraqlanmayıb, onların həlli üçün hətta müraciətlər olsa da belə, məşğul olmayıb. Cəlilabad vətəndaşı olaraq deyirəm, bu təyin olunan deputat bir dəfə də olsun rayonun problemlərilə məşğul olmayıb. Onların fəaliyyətini qənaətbəxş hesab etmirəm. Hətta Mirkazım Kazımovun kəndinə gedən yoldakı körpünün vəziyyətinə fikir versələr bilərlər ki, bu adamın rayondakı vəziyyətdən ümumiyyətlə xəbəri yoxdur. Sadəcə olaraq onun kimiləri millət vəkilliyinə ancaq özlərinin şəxsi problemlərinin həll etmək naminə təyin olunublar.

DSC_5689

Kazımov millət vəkili olandan yaxınları üçün rayonda bir sıra biznes obyektləri yaradıb. Rayonda ona aid olan yanacaqdoldurma məntəqələri, həmçinin kafel-metlax satışını hyata keçirən satış mərkəzləri var. M. Kazımov qardaşı oğlu Mirsadiq Kazımovu Gömrük keçid məntəqəsində işə qoyub. O burada 3 saylı idarənin rəisidir. Bundan istifadə edərək İrandan maşınlarla gətirilən kafel və metlaxları öz obyektlərinə çatıdırırlar. Digər vətəndaşların isə gömrükdən kafel və metlax keçirməsinə əngəl olurlar. Yəni bununla da monopoliya yaradıblar”.

Elçin

47095_srcP.S. Mirkazım ağa qəzetlərin pulunu verməsə də, ən bahalı maşında gəzir. Belə ki, “Mercedes” markalı avtomobil sürən deputatlarımızdan biri də Mirkazım Kazımovdur. Fotoda gördüyünüz 10 AH 934 dövlət nömrə nişanlı avtomobil deputat M.Kazımova məxsusdur.






Fikirlər