Xalq artistindən nazirliyə və AzTV-yə - İTTİHAMLAR



Xalq artisti Nazpəri Dostəliyeva bu gün keçirdiyi mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini ittiham edib. 

AzNews.az xəbər verir ki, sənətkar jurnalistlərlə görüşdə bildirib ki, adı gedən hər iki quruma minlərlə məktub ünvanlanıb, amma heç birinə cavab almayıb:“Mən yenə susacam. Xalqıma, dövlətimə hörmət edirəm. Heç bir şey açıqlamaq fikrində deyiləm. Bu işin arxasında hansı özünə hörmət etməyən insan durur? Mədəniyyət və Turizm Nazirliyinə, AzTV-yə onlarla məktub gəlib. Bu məktubların heç birinə cavab verilməyib. Niyə? Bu qədər insanların müraciətinə niyə göz yumurlar?”
Sənətçi vətən, torpaq və prezidentin uğruna övladları ilə birlikdə ölümə getməyə hazır olduğunu qeyd edib: “Mən mərhum prezident Heydər Əliyevin sevdiyi sənətkar olmuşam. Onun bütün tədbirlərində iştirak etmişəm. Balaca Leylanın kiçik yaşlarında mənə yazdığı şeirlər var. Leyla hətta mənim evimə zəng vurub. Mən o ailənin hörmətini qazanmışam. Yəni, bir insan içdiyi suyu rədd edə bilərmi? Mən vətənim, prezidentimin yolunda övladları ilə birlikdə ölümə gedən insanlarıq”. 






Fikirlər