Azərbaycan səfirliyi Tallində keçirilən Milad bazarında iştirak edib

 

Tədbirdən əldə olunana vəsait xeyriyyə məqsədilə istifadə olunacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın Estoniyadakı səfirliyi bu ölkədə qeydiyyatdan keçmiş səfirliklərin Milad bazarında iştirak edib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyi milli mətbəxinin nümunələrini və Azərbaycan haqqında məlumatların olduğu bukletlər təqdim edib.

Qeyd edək ki, tədbirdən əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.






Fikirlər