Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək Martın 22-də Xalq Artisti Lütfəli Abdullayevin anadan olmasının 100 ili tamam olacaq

Lütfəli Abdullayevin 100 illiyi qeyd ediləcək Martın 22-də Xalq Artisti Lütfəli Abdullayevin anadan olmasının 100 ili tamam olacaqMartın 22-də Xalq Artisti Lütfəli Abdullayevin anadan olmasının 100 ili tamam olacaq. Bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) tərəfindən tədbir təşkil ediləcək.
ATXİ-dən bildirilib ki, Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevə həsr olunan tədbirdə ölməz sənətkarın həyat yolu və yaradıcılıq axtarışlarından, teatr və kino sahəsində fəaliyyətindən söhbət açılacaq, mədəniyyətimizə bəxş etdiyi ölməz sənət incilərindən danışılacaq.
Xatırladaq ki, yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə Lütfəli Abdullayev 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib.






Fikirlər