MÜGƏNNİ VƏ NAZİR olmuş diplomatın AD günüdür

Yeganə azərbaycanlıdır ki, keçmiş Sovet İttifaqının mərkəzində onun adını daşıyan ulduz var

Bu gün Xalq artisti Polad Bülbüloğlunun 71 yaşı tamam olur. 

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb.

Azərbaycanlı bəstəkar. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.

1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırıb və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.

Bülbülün oğludur. ADK-nı bitirib (1968, Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki ximətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2009-cu İlin Adamı" elan edilib.

Polad Bülbüloğlu yeganə azərbaycanlıdır ki, keçmiş Sovet İttifaqının mərkəzində adını daşıyan ulduz var. 

Ötən gün isə Azərbaycan prezidenti İlham Əliyev Polad Bülbüloğlunu "Şərəf" ordeni ilə təltif edib.
(Azərtaym.az)






Fikirlər