İLHAM MİRZƏYEV həbsxanada iflic oldu

 Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin səhhəti ağırlaşıb.

Ölkə.az xəbər verir ki, bir müddətdir ki, Mirzəyevin sol tərəfi iflic olub. Bu barədə müğənni Xəyyam Nisanov sosial şəbəkədə yazıb. Nisanov sözügedən xəbərdən dəhşətə gəldiyini bildirib və teleaparıcıya şəfa diləyib.

Qeyd edək ki, İ.Mirzəyev 2014-cü ilin 11 aprel tarixində dələduzluq ittihamı ilə həbs olunub. O, buna görə Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Ancaq Bakı Apellyasiya Məhkəməsi cəza müddətini bir il azaldıb.

(Azərtaym.az)

 






Fikirlər