RAMİZ RÖVŞƏN: Kimdi alıb-satan bizi?! VƏ YA Eşidən YOX sözümüzü...

Ramiz Rövşən: Kimdi alıb-satan bizi?! və ya Eşidən

 Hamı diş-dişə, göz-gözə,
Ovçu kimi fürsət gəzər,
Quş quşun başını üzər,
Daş da əzib daşı yeyər.

Kimdi alıb-satan bizi?!
Yeyər dişi batan –
bizi,
Dişi batsa, atam, bizi
Darağın da dişi yeyər.

Bu yurdun toyu-yası bu!..
Dirisi bu!.. Ölüsü bu!..
Yeyən bilməz – 
toy plovu,
Yoxsa ehsan aşı yeyər…
 

 Eşidən yox sözümüzü,
Adımız bir cərgədə yox.
Gün döyür baş-gözümüzü,
Sığınmağa kölgə də yox.

Dünyada qəribik nəsə,
Yarı köhnə, yarı təzə.
Bir ölkə yox bizi gəzə,
Biz gəzən bir ölkədə yox.

Ötürdük yenə axşamı,
Ölüm gələnə oxşamır,
O dünya bundan yaxşımı?
Bəlkə də, hə…
Bəlkə də, yox!..

 yox sözümüzü... 






Fikirlər