Müğənnilər AŞIQ XANLAROGLU üçün birləşdi – Xilasına 60 MİN lazımdır

Mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlunun müalicəsinə kömək məqsədi ilə xeyriyyə konserti təşkil olunub. Konsertin təşkilatçısı millət vəkili Qənirə Paşayevadır.

Bu barədə AzNews.az-a Aşıq Zülfiyyə məlumat verib. Onun sözlərinə görə, A.Xanlaroğlunun səhhətində yaranan problemlər getdikcə kəskinləşir: “Xəstəxanada yanında olmuşuq. Ona müalicə lazımdır. Bunun üçün də maddi vəsait tələb olunur. Onun isə müalicə olunması üçün imkanı yoxdur. Odur ki, Qənirə xanım bu məqsədlə xeyriyyə konsertləri təşkil edib”. 
Aşıq Zülfiyyə qeyd edib ki, həkimlər A.Xanlaroğluya müalicə almaq üçün İsrailə getməsini məsləhət görüb:“Bunun üçün də iki konsert keçirəcəyik. Konsertin biri Rəşid Behbudov adına Mahnı Teatrında olacaq, ikincisinin məkanı isə hələ dəqiqləşməyib. Konsertdən əldə olunan vəsaitlər onun müalicəsinə sərf olunacaq. Sənət adamlarının əksəriyyəti həmin konsertlərdə iştirak edəcək”. 
Xatırladaq ki, 33 yaşlı Aşıq Azər Xanlaroğlu 3 ildir “Hepatit B” xəstəliyindən əziyyət çəkir. Həkimlər aşığın müalicəsi üçün 60 min dollar lazım olduğunu vuğulayıb.






Fikirlər