“Bəxt üzüyü”nün aktyoru İŞDƏN NİYƏ ÇIXARILIB

“Bəxt üzüyü”nün aktyoru işdən niyə çıxarılıb?

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

 

"Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib", - deyə teatrdan bildirilib.






Fikirlər