Emin Ağalarov məşhur aparıcının qonağı oldu: “Atamla nəyisə bölüşmək olmaz” – VİDEO

Müğənni-bəstəkar Emin Ağalarov “Вечерний Ургант” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi proqramda İvan Urqantın sualları cavablandırıb, biznesindən, həyatından danışıb.

Emin duet oxumaq arzusunda olduğu üç məşhurun adını açıqlayıb: Elvis Presli, şade və Adriano Çelentano.

Müğənni aparıcının “Necə oldu ki, müğənniliyə qərar verdin? Gəldin atana dedin, oxumaq istəyirəm” sualına belə cavab verib:

“Ona heç nə demədim. Atamı ilk konsertimə çağırdım. Qəribə hiss idi. Onunla məsləhətləşsəydim, hər işimə qarışardı. Bütün işin içinə girib, mahnıları da seçərdi. Onunla nəyisə bölüşmək olmaz. Gərək edib, sonra ona deyəsən”.

Ağalarov hazırda ABŞ prezidenti olan Donalt Trampın onunla klipə çəkilməsindən söz açıb:

“Kimi Amerika prezidenti ictimayət içində işdən qovub (klipdəki obrazda – red.)? Bir azərbaycanlını (gülür). Onunla birlikdə 3 gün keçirdik. Dedim ki, mənimlə klipə çəkilərsiniz? Dedi, orada nə etməliyəm? Cavab verdim ki, məni qovmalısınız. Dedi, bunu gözəl bacararam”.

Emin verilişin sonunda yaradıcı heyətin hazırladığı şouda iştirak edib. Urqant Elvis Presli obrazına girib. Ağalarov onunla duet oxuyub.






Fikirlər