Əsas Səhifə > Mənəviyyat > 21 bir əvvəl baş vermiş DƏHŞƏTLİ QƏTL! - Həsənağa Turabovun oğlu
21 bir əvvəl baş vermiş DƏHŞƏTLİ QƏTL! - Həsənağa Turabovun oğlu13-03-2018, 10:06 |
Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabovun həlak olmasından bu gün 21 il ötür. Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib. Siyəzən şəhər sakini Əlişir Tağıyevdə avtomat olması barədə əməliyyat məlumatı əsasında polis təcili əməliyyat keçirməli olub. Əməliyyat qruplarından birinin tərkibində olan Daşqın Turabov hamıdan əvvəl irəli atılaraq əvvəldən tanıdığı Əlişiri tutmaq istəyib, hətta: "Əlişir, mənəm, Kərbala" da deyib. Amma gözü qızmış cinayətkar silahındakı güllələrlə atəş açmağa başlayıb, atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb, "məni sağalt, həkim" də deyib. Amma öləcəyini hiss etdiyindən o, kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub. Cəsur, xidməti vəzifəsini yerinə yetirərkən canını fəda etmiş Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə adı verilib. 1998-ci ilin dekabr ayında Heydər Əliyevin sərəncamı ilə Daşqın Turabov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub, ailəsindən öyrənirik ki, Heydər Əliyev həyətdə yas çadırı qurulanda telefonla Həsənağa Turabova başsağlığı da verib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il Həsənağa Turabovun anadan olmasının 80 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Buna görə prezidentə minnətdarlıq edən Turabovun qızı Sevinc Turabova deyir ki, qardaşımın büstünün yerinə qoyulmasını da cənab nazir Ramil Usubovdan xahiş edirik. Bu, hazırda evdə illərdir xəstə yatan anam Solmazın və bütün ailəmizin arzusudur. Allah arzularınıza çatdırsın! Modern.az Geri qayıt |