Əsas Səhifə > Mənəviyyat > Orhan Ölmezdən SEVGİLİSİ Günelə dəstək:

Orhan Ölmezdən SEVGİLİSİ Günelə dəstək:


13-03-2018, 16:44

Azəri qızı Günelin 7 yaş özündən böyük, Türkiyənin məşhur müğənnisi Orhan Ölmezlə sevgili olması barədə xəbər vermişdik.  

Musavat.com-un əldə etdiyi məlumata görə, iş üçün bir araya gələn cütlük sonradan münasibət qurub.  Belə ki, Günel Orhan Ölmezə aid olan “Ölmez Müzik” şirkəti ilə çalışmağa başlayıb.

Onun son təqdim etdiyi “Kırık vazo” mahnısının prodüserliyini də sözügedən şirkət üzərinə götürüb. Hətta, Ölmez müğənniyə dəstək olmaq üçün onun mahnısını “Sevgilərimlə” başlığı ilə öz səhifəsində paylaşıb. Günel isə cavab olaraq “Çoxlu uğur qazanaq. Orhan Ölmez, sürprizimiz yoldadır” şərhini yazıb.

Qeyd edək ki, Günel ilə Orhanın sevgili olması barədə ”Söyləməzsəm, olmaz” proqramında məlumat verilib.  Proqramın aparıcılarından Bircan İpek cütlüyün birlikdə görüntülənməsə də, bir müddətdir ki, eşq yaşadığını bildirib.

 

 


Geri qayıt