Əsas Səhifə > Mənəviyyat, Slayd > EMİN AĞALAROVA SƏRT MƏKTUB:

EMİN AĞALAROVA SƏRT MƏKTUB:


24-07-2018, 09:45

 Jurnalist Emin Ağalarova səsləndi: "Ä°mkanlı olmaq o deyil ki, milli dəyərlərini yerlə-yeksan edəsən"

Azərbaycanın Xalq artisti

Hörmətli Emin Ağalarova səmimi məktub!

Sizə hər zaman pərəstiş etmişəm. Bir azərbaycanlı, şirvanlı balası kimi. Çünki dünya sizi belə tanıyır. Və dünyanın sizi tanıması, həm də Azərbaycanı tanınması deməkdir.

Son günlər təşkilatçısı olduğunuz “Jara” mahnı festivalının tərkibində Azərbaycana, paytaxtımız Bakıya qonaqların içərisində bir erməni axçisini də gətirəcəyiniz haqqında xəbərlər gəzməkdədir. Və bu xəbər bütün vətənini sevən azərbaycanlıları, ermənilərin zəbt etdikləri torpaqlarımızda şəhidləri olan bütün insanları, şəhid ailələrini, qaziləri çox hiddətləndirir və məyus edir.
Bir erməninin Azərbaycana gəlib konsert verməyi o deməkdir ki, o erməni bizim heysiyyatımız, qürurumuzla oynayır. 
Mən inanmıram ki, siz torpaqlarımızın işğalından xəbərsiz olasınız?

Mən inanmaq istəmirəm ki, ətrafınızda olan dostlarınıza, yaxınlarınıza ermənilərin ölkəmizdə, tarixi torpaqlarımızda törətdikləri soyqırımlardan danışmayasınız. Soyqırım demişkən, sizin övladlarınızın anası, xeyirxah və çox mərhəmətli Leyla xanım Əliyeva 10 ildən artıqdır ki, dünyanın hər yerində “Xocalıya ədalət”- deyib haray çəkir, təbliğat kampaniyası aparır, bu dərdimizi dünyaya çatdırmaq üçün qəlbinin sarsıntılarını, duyğularını rəsmə, şerə çevirir.
Yəqin ki, Aprel döyüşləri yadınızdadır. O döyüşlərdə Ordumuz işğal olunmuş torpaqları geri qaytarmaq üçün 3 gün ərzində xeyli şəhid verdi. 2016-cı ilin aprelindən sonra da 30-a qədər şəhidimiz olub. Məgər bilmirsiniz ki, o 19 yaşından yuxarı, kasıb, miskin ailələrin tək oğullarını ermənilərin gülləsi həlak edib?!

Axı bizim Prezidnetimiz , Ali Baş Komandan İlham Əliyev hər dəfə çıxışlarında deyir ki, erməni əsgərinin bizim torpaqlarda nə işi var? 
Bax, bu gün hər hansı erməninin Azərbaycan torpağında nə işi var? Bəlkə fikirləşirsiniz ki, “xalq diplomatiyası” aparmaq istəyirsiniz?! Xalq diplomatiyası hələ alınmır . Ötən il Eynulla Fətullayev də iki erməni dostunu gətirdi, heç nə alınmadı. Fiaskoya uğradı. “Xalq diplomatiyası” haqqında, yalnız, torpaqlarımız azad olunandan sonra düşünmək olar. Bir də ki, biz işğalçı deyilik ki, “xalq diplomatiyası” aparaq. Diplomatiya ilə diplomatlarımız, beynəlxalq təşkilatlarımız məşğul olurlar. 
Mən çox istəyərdim ki, Siz Jara festivalını da “Qarabağ üçün oxu” adlı gecəsini azad etdiyimiz Cocuq Mərcanlıda keçirəsiniz. Bəli, əgər, Yerevan haqqında yana-yana mahnı oxuyan o erməni axçisi və haykanuşu Zara da gəlib, Cocuq Mərcanlıda desə ki, mən Azərbaycan şəhidlərinin qarşısında bir günahkar kimi baş əyirəm, onda , ona Vətənimizə gəlməyə icazə vermək olar. Mən əminəm ki, o bunu etməyəcək. Haykanuş Zara görmədinizmi Yerevan mahnısını, Genosid mahnısını necə yana-yana oxuyur?!
İnandığınız nədirsə, o inandığınıza and içərəm ki, bu işlər belə olmur. Hərdən fikirləşirəm ki, o Zara yəqin ki, Rusiya vətəndaşıdır, bəlkə buraya gətirib, bizim xüsusi xidmət orqanlarına verəcəksiniz ki, əvəzində Rusiya vətəndaşı olan Dilqəmlə Şahbazı Moskva ilə danışıqlar aparıb, dəyiş-düyüş edək?! 
Nə bilim vallah, hirs məni boğur.
Bilirəm, sizin kimi uşaqlar çox ərköyün olurlar. Ürəkləri nə istəyir, edirlər. Halal xoşunuz olsun, öz zəhmətinizlə qazandıqlarınızdır. İmkanınız yaxşıdır. Lakin imkanlı olmaq o deyil ki, milli dəyərlərini yerlə-yeksan edəsən. Axı, nəyə görə mənim xalqımın heysiyyatı, mənəviyyatı, şəhidlərimizin ruhu təhqir olunmalıdır. Bir erməninin Azərbaycana gəlib, burada şadyanalıq etməsi, dünya azərbaycanlılarının erməniçiliyə qarşı apardıqları mübarizəyə və təbliğata da xələl gətirir. Təbliğatımıza qoşduğumuz dost ölkələrə nə deyək? Deyək ki, Emindir də… hamınız tanıyırsınız, dostlarını başına yığmışdı?! Bizə güləcəklər. Bizi aşağılayacaqlar. 
Emin Ağalarov, axı siz Azərbaycanın Xalq artistisiniz, xahiş edirəm, bizim xalqın heysiyyatı ilə oynamayın!!!
Nə bilim, bəlkə də Mədəniyyət Nazirliyimiz artıq tədbir görüb, Zara erməni axçisinin Azərbaycana gəlişinə qadağa qoyub?! Adını afişadan çıxarıb. Xəbərim yoxdur axı. Nigaranam. Hərdən mənə elə gəlir ki, o qız Heydər Əliyev adına Hava limanından keçərkən, onun sənədinə giriş möhürü vuran sərhədçimizin də ürəyi partlaya bilər. Çünki kiminsə, şıltaqlığına görə, bəzən istəmədiyin işi məcburiyyət şəklində görmək adam üçün ölümdən betərdir!

Hörmətlə, 
Jurnalist Aida Eyvazlı


Geri qayıt