Əsas Səhifə > Mənəviyyat, Slayd > “PƏRVİZ TÜRKANA YOX, sənə qoşulmalıdır?”

“PƏRVİZ TÜRKANA YOX, sənə qoşulmalıdır?”


1-10-2018, 12:22

“Pərviz Türkana yox, sənə qoşulmalıdır?”

Ötən həftə tanınmış meyxanaçı Vüqar Əbdülovun “ATV şou” proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub.  Onun efirdə səsləndirdiyi sərt fikirlər həmkarları tərəfindən birmənalı qarşılanmayıb. 

Meyxana Ustadı Mehman Əhmədli “Qafqazinfo”ya açıqlama verərək V. Əbdülovun açıqlamasına sərt cavab verib. O, Vüqarın özünü reklam etdiyini bildirib:

“Çox sərt danışıb. Təbii ki, özünü reklam edir. Adlarını çəkdiyi şəxslər barədə təkcə efirdə yox, həmişə arxalarıyca danışıb. Amma həmin şəxslərlə görüşəndə tamam başqa bir insan olur, üzlərinə deyə bilmir. Onun səsləndirdiyi fikirlər tamamilə səhvdir. Deyir ki, meyxanaçılar bir olsunlar. Mənə maraqlıdır ki, bir olub nə edək? Onsuz da birik! Yığışıb nə edək? İdman edək, futbol oynayaq? Məclislərdə, konsertlərdə bir oluruq. Mən Vüqarı başa düşmürəm”.

 O, meyxanaçının “Mehman Əhmədli “Əhmədli” məktəbi quraraq kənara çəkilib” sözlərini belə şərh edib:

“Biz heç kimi başımıza yığmamışıq. Sadəcə olaraq, mən onlardan fərqli olaraq özüm üçün yox, sənət üçün çalışmışam. Tələbə yetişdirmişəm, ortaya sənət qoymuşuq. Özüm Əhmədlidə yaşayıram, ona görə də tələbələrimlə orada otururuq. Əhmədli məktəbində təkcə Əhmədlidən olanlar yox, Yasamal və başqa ərazilərdən meyxana ifa edənlər var. O demək deyil ki, mən təkcə Əhmədli uşaqlarını başına yığmışam, kənar şəxsi məktəbə buraxmamışam”. 

M. Əhmədli Vüqarın Pərviz Bülbülə və duet ortağı Türkan Vəlizadə barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Deyir ki, Pərviz (red Pərviz Bülbülə) Türkana qoşulub (müğənni Türkan Vəlizadə). Gülməli söhbətdir. Pərviz niyə Türkana qoşulsun? Türkana qoşulub deyəndə ki, onunla duet oxuyub. İş görürlər!  Vüqar başqa müğənni ilə duet oxumayıb? Pərviz bundan əvvəl Damla ilə oxuyurdu, alınmadı! İndi də Türkanla duet səsləndirir. Burda nə var ki? Yaxşı edib! Vüqar, Pərviz sənə qoşulmalıdır? Düzgün fikirlər deyil. Mahnı yazırlar, toylara gedirlər. Pis nə var ki? Bu günə kimi hamı edir. Hər kəs kimləsə duet oxuyur. Vüqarın heç bir fikri ilə razı deyiləm. Mənə elə gəlir ki, o kiməsə acıqlı olub, içində yığılıb qalıb.  Camaat arasında onun haqqında normal bir fikir səsləndirən görmədim. Bu qədər”. 

O, meyxanadan uzaqlaşdığı iddia edilən Namiq Qaraçuxurluya da dəstək olub: “Namiq Qaraçuxurlu barədə deyir ki, niyə meyxana oxumur. Namiqlə 20 ildir ki, dostluq münasibətlərimiz var. Toyda da, məclislər də bir-birimizi görürük. Oturanda da meyxana deyirik. Heç dəxli var?”

Digər bir meyxana ustadı Namiq Məna da V. Əbdülovun efirdə səsləndirdiyi fikirlərlə razılaşmayıb.  N. Məna “Qafqazinfo”ya açıqlamasında problemin efirlərə olduğunu iddia edib:

"Vüqara sənətə gəldiyi ilk dövrlərdə dəstək olmuşam. Ondan köməyimi əsirgəməmişəm. Yenə də ona dəstək lazımdırsa, mən hazıram. Vüqar subyektiv fikirlərini səsləndirib. Amma mən elə deməzdim. Bu gün bizim janrımız çox inkişaf edib, istedadlı gənclər var. Analoqu olmuyan bir janrıdr. Mövzu verilir və bədahətən meyxana deyirsən. Bizim qazancımız itkilərimizdən çoxdur.  Bir şeyi vurğulayım ki, bizim janrla bağlı efir məkanına nümunəvi insanlar dəvət olunmalıdır. Bu meyxana sənəti aşağılanmasın. İstər təhsili, istərsə də savadı ilə seçilən şəxslər qonaq olmalıdır. Milyonlarla insan televiziyanı izləyir". 

 

 


Geri qayıt