Əsas Səhifə > Mənəviyyat, Slayd > MURAD DADAŞOV:

MURAD DADAŞOV:


3-10-2018, 08:32

Xalq artisti Murad Dadaşov “Maşın” şounun ötən mövsüm baş tutmuş buraxılışından danışıb.

Musavat.com saytına açıqlama verən şoumen avtomobili tamaşaçılardan birinə vermək istədiyini deyib: “Roza qalib oldu, amma istəmədi. Güclə ona maşını verəsi deyiləm. Onu başa düşürəm, o maşının üzərində o qədər, göz, söz, qalmaqal var ki… İstəməməsi ondandır. Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. əsas odur ki, maşın kiməsə veriləcək”.

 

Dekabrda başlayacaq “Maşın” şoudan bəhs edən aktyor hazırlıqlara başladıqlarını deyib: “Hazırlıq gedir. İştirakçılar haqqında düşünürük. Tamaşaçı üçün ən maraqlı simaları seçmək istəyirik”.


Geri qayıt