Əsas Səhifə > Mənəviyyat, Slayd > Xan Şuşinskinin OĞLUNA yüksək
Xan Şuşinskinin OĞLUNA yüksək8-11-2018, 16:12 |
Modern.az saytının əldə etdiyi məlumata görə, məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib. Belə ki, Aslan Cavanşirov 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Geri qayıt |