Əsas Səhifə > Mənəviyyat > Əkizlərdən Dadaşovalara CAVAB -
Əkizlərdən Dadaşovalara CAVAB -24-12-2018, 14:55 |
“Lalə xanım düz vurğuladı ki, onlar bizdən yaşca çox böyükdürlər. Dediyi sözlərdə doğruluq ola bilər, amma Allah bizi soxulcan yox, insan olaraq yaradıb. Məni kimsə öyrədərək nəyəsə məcbur edə bilməz. Bizim öz ağlımız, başımız, dərrakəmiz var. Mən efirdən kiminsə sözünə qulaq asıb özümdən böyük birinə hörmətsizlik etmərəm”. “AzerTaym.az” xəbər verir ki, bu sözləri Sevil-Sevinc Səfərova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib. Onlar xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşovanın dediklərinə cavab veriblər: "Sujetə baxan insanlar səhv düşünə bilər ki, qızlar gündəmə gəlmək üçün belə edir. Brilliant xanıma söz atmaqla gündəmə gəlmək istəmirik. Biz mahnılarımız, duet ortaqlarımızla danışılmaq istəyirik. Söz atmamışıq! Bizdən soruşuldu ki, hansı sənətçi öz yaşını gizlədir. Biz demədik ki, bilirik. Dedik ki, eşitmişik. Demədik ki, əminik və gözümüzlə görmüşük. Xatırladaq ki, Sevil- Sevinc Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını demişdilər. L. Dadaşova efirdə bacısını müdafiə edərək onları “soxulcan” adlandırmışdı. Geri qayıt |