“Atamın bağını satdım, 500 mini ödədim” - Xalq artistinin oğlu

““Atamın bağını satdım, 500 mini ödədim” - Xalq artistinin oğlu

“Mənim xeyli borclarım var. İnsanlara bir söz demək istəyirəm. Məmmədbağır Bağırzadə dünyada deyil. Dünən hamı mənə zəng vurub. Mətbuatda yazılıb ki, saxtakarlıq, dələduzluqla məşğulam”.

"Qafqazinfo" xəbər verir ki, Bu sözləri Mərhum Məmmədbağır Bağırzadənin oğlu, müğənni Rahim Bağırzadə 5/5 verilişinin qonaq olarkən deyib.

Sənətçi bildirib ki, atasının bağını sataraq borclarının bir qismini ödəyib:

“Dələduzluqla məşğul olan şəxs efirə çıxa bilər? Məhkəməyə gedər? Mən bir nəfərdən pul almışam. Biznes aləmidir, hər kəs uğur əldə etmir. Ziyana düşdüm. Qohumlarım sağ olsun, torpaq sahəsi ayırıblar. Oranı satıb borclarımı bağlayacam. Nardaran əhli arxamdadır. 3 övladım var, dünən onlar məktəbə getməyiblər.

Yazılar onlara təsir edib. Hamının problemi var, 500 minə yaxın borcum var idi. Atamın bağını satdım, yavaş-yavaş ödədim. İndi 70 min manatdan çox borcum qalıb. İnsan xəcalət çəkir. Bircə ata evim qalıb. Əsəbilərim pozulub, intihar etmək istədim. İmkan vermirlər ki, oxuyub pulumuzu qazanaq”.

 

“Atamın bağını satdım, 500 mini ödədim” - Xalq artistinin oğlu
 






Fikirlər