Əsas Səhifə > Mənəviyyat, Slayd > Rəsulzadə ilə
Rəsulzadə ilə29-05-2016, 09:10 |
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin” sədri, tarix elmləri doktoru Nəsiman Yaqublunun verdiyi məlumata görə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin nəşrinə başanılıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, müəllif qeyd edir: “ M.Ə.Rəsulzadə 1920-ci ildən sonra Türkiyədə,Polşada,Fransada, Almaniyada, Rumıniyada yaşayıb, bu ölkələrdə Azərbaycan istiqlal mübarizəsi aparıb və tariximizlə,ədəbiyyat və mədəni irsimizlə bağlı çox zəngin əsərlər yazıb nəşr etdirib.Biz buraya onun 200-dən çox məktublarını da əlavə etsək 10 cildlik əsərlərini toplayıb nəşr etmək mümkündür.Hazırda onun mühacirət dövrü əsərlərinin birinci cildini hazırlamışıq və yaxın bir-neçə günə çap olunur.Buraya M.Ə.Rəsulzadənin 1920-ci illərdə Türkiyədə yazdığı əsərlər daxildir:1)“Azərbaycan Cümhuriyyəti” (1923-cü il);2) “Əsrimizin Siyavuşu”(1923 –cü il);3)”İstiqlal məfkurəsi və gənclik”(1925-ci il);4)”Rusiyada siyasi vəziyyət”(1926-cı il);5) “Milliyyət məsələsində bolşeviklərin nəzəriyyə və taktikaları”(1928-ci il);6)”Bolşeviklərin Şərq siyasəti”(1928-ci il);7)”İxtilalçı sosializmin iflası və demokrasinin gələcəyi”91928-ci il);8)”Qafqasiya Türkləri”(1928-ci il). Bu əsərlərin hər biri Azərbaycan tarixinin çox mühüm məqamlarını özündə əks etdirir.İnanıram ki,bu yazılar Azərbaycan oxucusunda böyük maraq doğuracaq və həyatını xalqımızın azadlığna həsr etmiş bir çəxsiyyətlə-M.Ə.Rəsulzadə ilə daha yaxından tanış ola biləcəklər”. Geri qayıt |