Əsas Səhifə > Mənəviyyat > “Bilsəydim, ayaqqabı təmirçisi olardım”
“Bilsəydim, ayaqqabı təmirçisi olardım”2-07-2016, 20:29 |
Moderator.az dahi alim, Nobel mükafatı laureatı Albert Eynşteynin ölümündən əvvəlki son müsahibəsini təqdim edir:
- Dünya niyə xaosun içindədir?
- Dünyadakı xaos pis insanlar və onların verdiyi pis qərarların nəticəsi deyil. Bu xaos həmin pis insanları və qərarları görüb, onlara etiraz etməyən insanlar sayəsində yaranıb.
- Dünya hara gedir?
- Üçüncü dünya müharibəsi təbii resursların çatışmazlığı səbəbindən baş verəcək. O müharibədə hansı silahlardan istifadə ediləcəyini bilmirəm. Amma dördüncü dünya müharibəsində daş və dəyənəklərdən istifadə ediləcək.
- Siz atomu kəşf etdiniz. Xirasimo və Naqasakidə atom bombasını partlatdılar. Nə düşünürsüz?
- Hər bir müharibə bəşəriyyətin inkişafını ləngidən pisliklər zəncirinə bir halqa əlavə edir. Mən atomu bəşəriyyətin xeyri üçün kəşf etdim. Amma insanlar atomla bir-birlərini öldürdülər. Belə olacağını bilsəydim, ayaqqabı təmirçisi olardım.
- Uğurun formulu nədir?
- A=X+Y+Z. A-uğurun özüdür. X-çalışmaq, Y-əmək sərf etdiyin işə oyun kimi baxmaq, Z- isə danışmaq əvəzinə iş görməkdir.
- Elmin çata biləcəyi ən son nöqtə nədir?
- Dünyada bir uşağın belə bədbəxt olduğu müddət ərzində böyük ixtiralar və irəliləyişlər olmayacaq.
- Dünyanın sirrinə nə zaman vara biləcəyik?
- Bir qum dənəsinin sirrini çözə bilsək, bütün dünyanın sirrini öyrənə bilərdik.
- Bir ölkənin gələcəyi nəyə bağlıdır?
- O ölkədə insanların aldığı təhsilə bağlıdır. Təhsil- bir insanın məktəbdə öyrəndiklərini unutduqdan sonra yerdə qalan hissədir.
- Dünyanın axmaqlarla dolu olduğunu deyirsiniz. Axmağın tərifi necədir?
- Axmaq eyni şeyi dəfələrlə edib, fərqli nəticə almayan adama deyilir. Axmaqlarla dolu olan dünya çəkilməzdi. Dahiliyin sərhədləri, hüdudları olur, axmaqlığın isə əsla!
- Sizin zərif bir insan olmadığınızı deyirlər...
- Yüksək ruhlar hər zaman adi ağılların sərt reaksiyasına məruz qalırlar. Əgər elm adamı olaraq həqiqəti açıqlamaq istəyirsənsə, o zaman zarafatı dərzilər üçün saxlamalısan. Onu da deyim ki, bu dünyada məni cəmi bir neçə insan anladı, onlar da səhv anladı.
Geri qayıt |