Əsas Səhifə > Mənəviyyat, Slayd > Əməkdar artistin

Əməkdar artistin


10-11-2016, 09:37

Əməkdar artistin oğluna hökm oxundu 

Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun oğluna hökm oxunub.

Bu barədə aktyorun özü məlumat verib. Sənətkar bildirib ki, məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb:

“Bakı Apelyasiya Məhkəməsində işə baxıldı. Məhkəmə əvvəlki qərarı qüvvədə saxladı. Bu çox pis oldu. Emil bu cəzanın yarısını çəkib”.

Aktyor Ali Məhkəməyə müraciət etməyə ehtiyac olmadığını vurğulayıb.Xatırladaq ki, Aktyor Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov 2016-ci ildə həbs olunub. Həmin vaxt aktyor “ailəmin adını ləkələyib, mən ondan imtina edirəm, o düzələnə kimi”- deyə bəyan etmişdi. Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. (aznews.az)

  

Geri qayıt