Əsas Səhifə > Mənəviyyat > “Həkimlər baxıb görürlər ki...”-

“Həkimlər baxıb görürlər ki...”-


17-01-2017, 12:59

Похожее изображение

“Üç il bundan öncə əməliyyat olundum. Kəsib götürdülər. Hər üç aydan bir müayinəyə gedirəm. İldə 4 seans olmalıdır. Fizioterapiyadan keçirəm. Üç aydan bir getməyimin məqsədi odur ki, həkimlər fəsadların yenidən olub-olmadığını müəyyən etsinlər. Görsünlər ki, metostat var, ya yox. Hələlik şükür Allaha ki, yoxdu”.

Bunu Modern.az saytına açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynov bildirib.

Qeyd edək ki, 2014-cü ildə ağciyər xərçəngi səbəbindən Türkiyədə əməliyyat olunan diktor o zamandan etibarən mütəmadi olaraq dövlət hesabına Türkiyədə müayinədən keçir. 

Mətbuata açıqlamasında bir neçə dəfə tam sağalmasının qeyri-mümkün olduğunu  deyib. Əsas diqqətin isə durumun stabilliyinin qorunmasına, əlavə fəsadların meydana çıxmamasına  yönəldildiyini vurğulayıb.  


Geri qayıt