Əsas Səhifə > Mənəviyyat > Prezidentin qızı geyiminə görə tənqid olundu
Prezidentin qızı geyiminə görə tənqid olundu3-03-2017, 20:23 |
ABŞ prezidenti Donald Trampın böyük qızı, 35 yaşlı İvanka yenə də geyimi ilə müzakirələrə səbəb olub. "AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, birinci xanım Melaniya Trampdan da çox gündəmdə olan İvanka həyat yoldaşı, prezidentin köməkçisi Cared Kuşnerlə Konqresdə tədbirə qatılıb.
O, mərasimə fransız dizayner Roland Mouret imzalı, 3 min dollar dəyərində tək çiyinli, tünd-qırmızı rəngli libas geyinib. Lakin İvanka geyim seçiminə görə ciddi tənqidlərə məruz qalıb.
Moda tənqidçiləri xanım Trampın geyiminin elə bir ciddi toplantı üçün olduqca açıq, uyğunsuz olduğunu bildiriblər.
Geri qayıt |