Əsas Səhifə > Mənəviyyat > İTV-nin yeni baş direktoru
İTV-nin yeni baş direktoru25-04-2017, 10:00 |
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər. Bunu Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib. Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: “Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq”. Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.
Geri qayıt |