Əsas Səhifə > Mənəviyyat > Diana Hacıyeva

Diana Hacıyeva


14-05-2017, 09:22

dinara h

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu davam edir.

“APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq Skeletons mahnısını səsləndirib.

Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

 


Geri qayıt