Əsas Səhifə > Mənəviyyat > BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -
BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -29-05-2017, 15:43 |
ABŞ prezidenti Donald Trampın keçid komandasının üzvü və daha sonra cəmi 22 gün onun milli təhlükəsizlik müşaviri işləmiş kəşfiyyat generalı Maykl Flinnin adı bu dəfə türkiyəli biznesmenlə evli olan azərbaycanlı seksual modellə hallanır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Mother Jones” jurnalının araşdırmasında deyilir. ABŞ hərbi kəşfiyyatının rəhbəri olmuş general Flinnin adı həm Rusiya ilə şübhəli əlaqələrdə, həm Türkiyə hakimiyyətinin lobbiçiliyini etmək üçün hökumətə yaxın iş adamından iri məbləğdə pullar almaqda hallanır. Xəbər verildiyi kimi Maykl Flinn milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl Trampın keçid komandasının üzvü kimi Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli telefon danışıqlarına görə istefaya məcbur olub. Həmin telefon danışıqlarında Flinn demişdi ki, Tramp səlahiyyətlərinin icrasına başlayanda Obamanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək. Habelə Maykl Flinn ABŞ-dakı prezident seçkilərindən əvvəl Moskvaya etdiyi səfər və “Rossia Today” telekanalının yubileyində prezident Putinlə yanaşı oturması ilə də tanınır. Flinn etiraf edib ki, bu iştiraka görə ona 45 min dollar ödəyiblər. Hazırda həm Konqresin xüsusi komissiyası, həm Federal Təhqiqatlar Bürosu Maykl Flinin həm Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik fəaliyyətini, həm Rusiya ilə əlaqələrini araşdırmaqdadır. Sənədlərə əsasən Flinni Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik etmək barədə müqaviləni Hollandiya konsaltinq şirkəti “İnovo BV” ilə 2016-cı ilin avqustunda bağlayıb. Həmin firma Türkiyə-Amerikan Biznes Şurasının sədri Ekim Alptekinə məxsusdur. Müqaviləyə əsasən Flinn Pensilvaniyada mənzillənən və Türkiyə üçün “bir nömrəli terrorçu” statusunu daşıyan Fətullah Gülən barədə araşdırmalar aparmalı, kompromatlar toplamalı idi. Lakin “İnovo BV” ilə bağlanmış müqavilə sayəsində ötən il sentyabrın 19-da Maykl Flinn Alptekinin Nyu-Yorkdakı “Essex House” otelində Türkiyədən olan rəsmilərin də iştirakı ilə təşkil etdiyi toplantıda olub. Həmin toplantıda Gülənin oğurlanmasından söhbət gedib. Hərçənd hər iki tərəf bunu təkzib edir. Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib. “Mother Jones” bildirir ki, Ekim Alptekin ötən həftə Amerika-Türkiyə münasibətlərinə həsr olunmuş konfransda iştirak etmək üçün Vaşinqtonda idi. Jurnalın əməkdaşı ondan Flinnə ödənilmiş pulların mənbəyi və arvadının bu işdəki rolu barədə soruşub, lakin biznesmen suallara cavab verməyib. Flinnin vəkili də məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Ola bilsin Alptekin doğrudan da arvadının və İsrail energetika şirkətinin pullarını Flinnin xəlvəti lobbiçilik fəaliyyəti üçün ödəyib. Lakin həmin pulların mənbəyinin təsdiqlənməsi Flinnlə bağlı təhqiqat aparan FTB əməkdaşları üçün görüləcək işlərin siyahısındadır”-jurnal yazır. Geri qayıt |