Əsas Səhifə > Mənəviyyat > Bəstəkar Rauf ƏIiyev
Bəstəkar Rauf ƏIiyev14-06-2017, 10:38 |
Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib. AzerTaym.az xəbər verir ki, bu barədə APA-ya Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq. Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Rauf Əliyev 90-a yaxın - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir. Allah rəhmət eləsin! Geri qayıt |