Əsas Səhifə > Mənəviyyat > Bu gün Dünya Turizm Günüdür
Bu gün Dünya Turizm Günüdür27-09-2017, 08:54 |
27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai bu əlamətdar günlə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilib. Modern.az xəbər verir ki, sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.
Bununla yanaşı, sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq. Bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir. Geri qayıt |