Əsas Səhifə > Mənəviyyat > Teatrda qarşıdurma böyüdü -
Teatrda qarşıdurma böyüdü -26-10-2017, 15:43 |
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub. “AzərTaym” APA-yaa istinadən xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər. İftixar Piriyev əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl ona töhmət elan edib: “Məhz Əjdər və Əjdər kimi əməkdaşların başqa yerdə işləmələrinə şərait yaradıldığına görə, davamiyyət kitabında onların imzaları olmadığına görə mənə töhmət verilmişdi. İftixar Piriyev kimi insanlar mədəniyyətdən uzaqlaşmalıdırlar. O uzaqlaşsa, bəlkə İrəvan Teatrı ağ gün gördü. Bizə üç dörd adamın qabağında şeir oxutdurur. Ayıbdır axı. Biz uşaq deyilik. Dərnəkdə, xalq teatrında uşaqlara şeir söylətdirərlər. Biz professional aktyorlarıq”. “Ölkə başçısına müraciət mənim sənət yoldaşlarımın təşəbbüsü idi. Mən də etiraz etmədim. İşdən qeyri-qanuni çıxarılmağımla bağlı isə məhkəməyə müraciət etmişəm”. Bunu isə işdən azad olunan Əjdər Zeynalov deyib. O, bildirib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən xaric edilib: “Guya mənim peşəkarlıq səviyyəm aşağıdır, işdə əmək intizamını pozmuşam. İftixar Piriyevin məni hansı əsasla işdən çıxarmağını kimə göstərirəm, gülürlər ki, o qanunları bilmir. Mənə deyir ki, "əcəb edirəm, get kimə istəyirsən, şikayət et". Direktor belə danışar?”.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə bildirib ki, Teatrda baş verənlərlə bağlı nazirlik məlumatlıdır: “Nazirlik tərəfindən bir müddət əvvəl Teatrda yoxlama aparılıb. Yoxlamanın nəticə olaraq teatrın rəhbəri İftixar Piriyevə töhmət verilib. Səbəb kimi onun əməkdaşların davamiyyətinə nəzarət edə bilməməsi göstərilib. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub”. Geri qayıt |