Əsas Səhifə > Mənəviyyat > Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir?
Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir?23-11-2017, 15:00 |
Xalq artisti Flora Kərimovanın digər xalq artisti Zeynəb Xanlarovaya qarşı başlatdığı “soyuq müharibə” media müstəvisində davam edir. Görünən odur ki, Flora Kərimova hər dəfə Zeynəb xanım mətbuata ona aid olmayan açıqlama verəndə qıcıqlanır, sərt mövqe nümayiş etdirir. Bu, yalnız bir dəfə deyil, dəfələrlə olub. Bununla bağlı xalq artisti Flora Kərimova Modern.az-a açıqlama verib: F.Kərimova qeyd edib ki, onun Zeynəb Xanlarova ilə heç bir problemi yoxdur: “Amma o insan ümumiyyətlə danışdıqlarını başa düşürmü? Bu xalqın problemi ancaq hasardı? Bu yolu hamımız bilirik, ancaq çox adam yaltaqlığı özünə sığışdırmır. Deyirlər, Zeynəb Xanlarova yaxşı iş gördü. Özünə qeyddən başqa hansı iş gördü? O elə bilirdi, məni qorxuda bilər? Mənim kimi insanların qabağını almaq olar? Zeynəb Xanlarovanın tərəfini saxlayanlar söyüş qazanır. Zeynəb, bircə şeyi mənə başa sal, sən hansı analıq hissi ilə Milli Məclisdə ailənin yeganə oğlunun müharibəyə getməsini təklif edirsən? Çıx, Milli Məclisdən! Nə ağlın ora yaraşır, nə hərəkətin, nə də bacarığın. Orada camaata həyan duran deputatlardan utan! Dilin varsa, dilçəyin olsun. Mən vətəndaşam. Bir millət vəkili kimi bu xalqa canı yansın. Məni millət deputat seçdi, sən mənim sıramda ola bilərsənmi? Geri qayıt |