Əsas Səhifə > Mənəviyyat > Həkimlər Fuad Poladova

Həkimlər Fuad Poladova


19-01-2018, 12:20

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

Bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:

“Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.

F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:

“Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.

Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.
 Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.

 


Geri qayıt