Əsas Səhifə > Mənəviyyat > “KİTAB YANDIRMAQ nədir? BU hansı əsr, HANSI ZAMANDIR?”
“KİTAB YANDIRMAQ nədir? BU hansı əsr, HANSI ZAMANDIR?”19-02-2018, 16:00 |
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi. Bunun ardınca bir qrup müxalifətçi sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış ediblər. Yazıçının kitablarını yandırmaq nə dərəcədə düzgündür? Modern.az saytı məsələ ilə bağlı bir neçə şair və yazıçıların fikrini öyrənib. Xalq şairi Fikrət Qoca: Başqa bir məsələ isə biz onların kəndini, şəhərini qorumaq üçün yox, bütün ölkəni qorumaq, bütün Azərbaycanın inkişafına cavabdeh olmaq üçün namizəd seçirik. İlham Əliyevin atası da bu ölkəni möhkəmləndirən, inkişafına səbəb olan adamdır. Biz onun qaşına-gözünə aşiqm olmamışıq, mən də İlham Əliyevə səs verirəm. Kitabı yandırıb boykot edənlər bir az da savadları haqqında fikirləşsinlər. Onlar özləri ilə heç vaxt məşğul olmayan adamlardır. Bu barədə də düşünsünlər”. Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı: Anar, Çingiz kimi tanınmış, istedadlı yazıçıların kitabları çap olunmasın, onun yerinə həmin “kitab yandıraq” deyənlərin səviyyəsində qələm əhlinin kitabları çıxsın, onda Azərbaycan daha da ağ günə çıxar?”. Tanınmış yazar Şərif Ağayar: “Heç bir halda kitab yandırmağa haqq qazandırmaq olmaz. Müəllifindən asılı olmayaraq, bunu tarixdə monqollar, barbarlar və faşistlər ediblər. Hansı əsrdə yaşayırıq? Sözün cavabı söz, kitabın cavabı kitab, qılıncın cavabı qılıncdır. Qələm adamıyla bu cür kobud rəftarın qəti əleyhinəyəm. Nə yazmağından, nə deməyindən asılı olmayaraq”.
Geri qayıt |