Əsas Səhifə > Mənəviyyat > “BU KİŞİ niyə onun-bunun QIZINA söz atır?”

“BU KİŞİ niyə onun-bunun QIZINA söz atır?”


16-03-2018, 16:03

Məleykə Əsədovanın qısa şortunu tənqid edən və xalq artisti ilə məhkəməlik olan Ramiz Məlik bu dəfə aktrisa Gülşən Hüseynliyə irad bildirib.

Musavat.com xəbər verir ki, aktrisanın “Güc sahibi” filmində geyindiyi sinə dekolteli libasına “Sonra da deyirlər ki, mənim şərəf, ləyaqətim əladır” şərhini yazıb.  

Məlikə aktrisanın cavabı gecikməyib. O, fikirlərini sosial şəbəkədə bölüşüb: "Dekolte geyinmək nə vaxtdan abırsızlıq olub? Camaat onu toya, el şənliklərinə geyinir. Mənim geyimimi müzakirə etmək sənə qalmayıb, Ramiz Məlik. Başa düşmürəm ki, bu kişi niyə onun-bunun qızına söz atır. Getsin kişilərə söz atsın. Gözəl xalq artistimiz Məleykə Əsədovaya söz atdı, indi də keçdi gənc aktrisalara. Nə geyiniriksə, özümüz bilərik, kiməsə dəxili yoxdur. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar".


Geri qayıt