Əsas Səhifə > Mənəviyyat > 70 YAŞI tamam olan RAMİZ ƏZİZBƏYLİ:
70 YAŞI tamam olan RAMİZ ƏZİZBƏYLİ:20-07-2018, 14:28 |
Bu gün Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Xalq artistimizin 70 yaşı tamam olur. Modern.az saytı doğum günündə yubilyarla əlaqə saxlayaraq, təəssüratlarını öyrənib. “70-ci ömrü qarşılamağı Tanrı mənə nəsib etdi. Nə deyə bilərəm ki! Baxmayaraq ki, bu gün mənim özəl günümdür, amma xalqıma rahat və firavan həyat arzulayıram. Təbii, deyə bilmərəm ki, səhhətimdə hər şey qaydasındadır. Amma içimdən gələn səs bunları deyir. “Əlayam”, “əlayam”, “əlayam””. “Artıq dünən axşamdan yaxın dostlar zəng edib xoş sözlərini deyirlər. Hətta, sadiq tamaşaçılar var ki, onlar da bu günümdə məni unutmayıblar. Hamı çox sağ olsun. Millətimin qadasını alım, başına dönüm. Tanrı hər birinə yar olsun”. “70 illik yubileyinizdə gözlədiyiniz nəsə varmı” sualına Ramiz Əzizbəyli özünəməxsus tərzdə cavab verib. “Düzünü desəm, heç kimdən heç nə gözləmirəm. Kimlərsə nəsə versə, alaram, əllərini geri qaytarmaram. Amma verməsələr də sağ olsunlar. Əsas odur ki, həyatın mənasını anlaya bilək. Qalanı boşdur”. R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Geri qayıt |