Əsas Səhifə > Mənəviyyat, Slayd > PAYIZ
PAYIZ23-09-2018, 13:37 |
Payız fəsli artıq Azərbaycana daxil olub. AzerTaym.az xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub.
Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.
Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.
Geri qayıt |