Əsas Səhifə > Mənəviyyat > “Ermənilər o qədər şərəfsizdir ki, hətta öz qadınlarını belə qabağa verirlər”

“Ermənilər o qədər şərəfsizdir ki, hətta öz qadınlarını belə qabağa verirlər”


24-07-2020, 21:57

Tovuzda olan hadisələrdə biabrcasına məğlubiyyətdən və dünya siyasi arenasında məğlubiyyətdən sonra çıxış yolunu belə vasitələrə əl atmaqda görüblər.”

Bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Hurriyyet.org-a iyulun 21-də Los Ancelesdə yaşayan ermənilərin Azərbaycan Respublikasının Baş Konsulluğunun binası qarşısında dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılığından danışarkən bildirib. O, ermənilərin bu addımını, onların xislətinə tam xas olduğunu qeyd edib:

“Onların cavabını birmənalı olaraq verməliyik. Əgər, bunu amerikalı və ya belçikalı eləsəydi təəccüblənərdik. Erməni xislətindən nə desən gözləmək olar. Onlar məqsədlərinə çatmaq üçün ən murdar vasitələrdən belə istifadə edə bilərlər. Onlar tayfadı. Mən onları nə xalq nə də millət adlandırıram. Ermənilər o qədər şərəfsizdir ki, hətta öz qadınlarını belə qabağa verirlər. Təbii ki, hərb meydanında gücü çatmayanda belə alçaq vasitələrə əl atırlar. Və nəticədə, dinc, silahsız insanların üzərinə gəlirlər. Bütün bəşər övladının iyrəndiyi vasitələrdən istifadə edirlər. Tovuzda olan hadisələrdə biabrcasına məğlubiyyətdən və dünya siyasi arenasında məğlubiyyətdən sonra çıxış yolunu belə vasitələrə əl atmaqda görüblər. Bu da erməni xislətinə tam xas olan xüsusiyyətdir. Burda təəccüb doğuracaq bir şey də yoxdur”.

Baba Vəziroğlu, artıq beynəlxalq aləmin Azərbaycan həqiqətlərini qəbul etməyə başladığını deyib:

“Artıq, bütün dünya Azərbaycan həqiqətlərini qəbul etməyə başlayır. Düzdür, çox gec qəbul etməyə başlayırlar. Amma, tarix üçün 25-30 il elə də böyük müddət sayılmır. Tarix üçün daha böyük olan, əsrlər və qərinələr var. Dünya otuz ildən sonra həqiqətləri qəbul etməyə başlayıbsa, bu Azərbaycan siyasətinin və diplomatiyasının qələbəsidir. ABŞ konqresi də bu yaxında həqiqətləri qəbul etməyə başladı. Əslində, onlar Azərbaycan həqiqətlərini çoxdan bilirdilər. Sadecə, ikili standartlar qabaqlarına səd çəkmişdi”.

Şair, Diaspora ilə İş üzrə Dövlət Komistəsinin son günlər artan aktivliyini də xüsusi olaraq vurğulayıb:

“Təkcə, Qoşulmama Hərəkatından 120 ölkə Azərbaycanı dəstəklədi. Bu da bizim uğurumuzdur. Digər tərəfdən, Azərbaycan Diaspora Komitəsinin son günlər olan aktivliyi məni çox sevindirir. Prezidentin apardığı siyasətə dəstək olaraq, bir sıra dövlət qurumları, o cümlədən Diaspora Komitəsi özünü silkələdi. Nəticəsi də göz qabağındadır. Dünyanın hər bir yerində yaşayan azərbaycanlı Vətənin əsgəridir. Lakin, hamını təşkilatlandıran orqanın olması çox vacibdir. Ermənistan lobbisi dünyada niyə güclüdür? Çünki, təşkilatlanması yaxşıdır. Artıq, onlar da ifşa olunmağa başlayır. Təəssüf ki, ermənilər dünyada xeyrə yox, şərə işləyirlər. Ermənistan Gürcüstanın önündə diz çökür ki, Rusiya maşınlarını buraxsınlar”.


Geri qayıt