Əsas Səhifə > Mənəviyyat > “Onların 70 faizi CƏLLAD, 30 faizi XƏSTƏdir”

“Onların 70 faizi CƏLLAD, 30 faizi XƏSTƏdir”


12-10-2020, 21:22

“Onların 70 faizi cəllad, 30 faizi xəstədir” – Seyran Səxavət

Sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan müharibədə  çoxlu sayda mülki vətəndaşımız həyatını itirib. Azərbaycan Ordusu cəbhədə düşməni darmadağın etdiyi üçün mənfur ermənilər qisası dinc əhalidən almağa çalışır və döyüş bölgəsindən uzaqda yerləşən ərazilərimizə raket hücumu təşkil edir. Maraqlı məqam odur ki, əsgərlərimiz Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirməsinə baxmayaraq, bu müddət ərzində bir erməni “ziyalısı”  müharibənin dayanmasını tələb etməyib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Seyran Səxavət bildirib ki, erməni ziyalı təbəqəsi deyilən bir anlayışdan uzun müddətdir ki, xəbəri yoxdur:

“Sovet vaxtı bizim hər cür əlaqələrimiz var idi. Onlar arasında ən çox yazıçıları tanıyırdıq və elə aranı qarışdıran yazıçılar idi. Zori Balayan, Silva Kaputikyan bu qəbildən olanlardan idi. Onlar hər şeyi tərsinə danşırdılar. O vaxt iki nəfər erməni ziyalısı nisbətən vicdanlı mövqe ortaya qoymuşdu. Onlardan biri Rusiyanın çox nəhəng aktyoru Cigərxanyan, bir də elə Ermənistanda yaşayan erməni yazıçısı Qrant Matevosyan idi. Onlar elə danışırdılar ki, nə şiş yansın, nə kabab... Amma digərləri hər şeyi kökündən vurub bütün körpüləri yandırırdılar. Bu günə gəldikdə isə deyə bilərəm ki, son 100 ildə ermənilərin gördüyü işləri mənəviyyat meydanında tərəziyə qoysaq görərik ki, onlarda belə bir şey yoxdur. Mən artıq bu qərara gəlmişəm ki, ermənilərin 70 faizi cəlladdır, insanlıqdan kənar olan varlıqlardır. Ermənilərin başbilənləri öz xalqının da əlini qana batırır. Heç olmasa, xalq ayağa qalxsın və desin ki, mənim övladım niyə gedib, başqasının torpağında ölməlidir? Erməni xalqı buna biganədir. Yerdə 30 faiz qalır ki, onların da hamısı xəstədir. Bunlar elə bir virusla yaşayırlar ki, beyinləri çürüyüb. Onları sağaltmağın tək yolu öz torpaqlarında məhv etməkdir. Real vəziyyət budur. Gəlsinlər, oturaq, baxaq onların vəhşiliklərinə... Gəncədə törətdikləri hadisə dediklərimi təsdiq etmək üçün kifayətdir. Ötən yüzillikdə törətdikləri qırğınlar hər şeyi açıq şəkildə göstərir. Allahın bunlardan xəbəri yoxdur. Bunlar Allahın fabrikində yox, başqa bir yerdə istehsal olunmuş ruhsuz, insanlıqdan kənar canlılardır. Mən bütün varlığımla körpə uşaqları öldürənlərə, qadınlara əl qaldıranlara nifrət edirəm”.

Yazıçı vurğulayıb ki, hərbi yoldan başqa həll yolu yoxdur:

“Üç gün qabaq biz başqa yolu sınamaq istədik. Humanitar atəşkəs olundu, lakin ermənilər gecə ilə Gəncəni atəşə tutdular. Binaları dağıtdılar, insanları öldürdülər. Bunlarla başqa yolu tutsan, gərək, bütün varlığını, mənəviyyatını, ləyaqətini ayaq altına atıb gedəsən. Onlar kimdir ki? Azərbaycan xalqı böyük xalqdır. Biz davam etməliyik, bir an belə dayanmaq olmaz”.


Geri qayıt