Əsas Səhifə > Mənəviyyat > “Ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm“

“Ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm“


26-10-2020, 13:08

“Ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm“ - Xərçəngdən əziyyət çəkən vəkil

Xərçəngdən əziyyət çəkən tanınmış vəkil Zülfiyyə Bayramova ömrünün qalan illərini Kəlbəcərdə keçirmək istədiyini bildirib.

 "AzerTaym.az" bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Vəkil Kəlbəcərin işğaldan azad olunduğu xəbərini dörd gözlə gözlədiyini qeyd edib:

"Vətənimin, torpağımın hər qarışını sevirəm. Amma Kəlbəcərə olan sevgim bir başqadır. Kəlbəcərli deyiləm, uzaqdan, yaxından heç bir əlaqəm yoxdur. Amma o yerləri doğma sanıram özümə. Təsadüfən ad günüm də Kəlbəcərin işğal gününə düşdüyündən heç ad günü keçirmədim. Hər qələbə xəbərinin arasında Kəlbəcərin adını acgözlüklə axtarıram. Bilmirəm Kəlbəcər işğaldan azad oldu xəbərini eşidəndə nə olacaq, bəlkə də qəlbim sevincdən dayanacaq, bəlkə də nəbilim nələr olacaq. Allah o xəbəri tezliklə eşitməyi nəsib etsin. Söz: bir daxma alıb ömrümün son günlərini Kəlbəcərdə keçirəcəm".


Geri qayıt