Əsas Səhifə > Mənəviyyat > Koronavirusa qalib gəlmək istəyən bunu etsin... - Loğman
Koronavirusa qalib gəlmək istəyən bunu etsin... - Loğman30-11-2020, 20:32 |
Məlumdur ki, payız-qış aylarında qanda vitaminlər, üzvi duzlar, təbii yağlar, turşular, təbii alkoqol və şəkər kəskin formada azalır və hərəkət məhdudlaşır. Nəticədə orqanizmin immun sistemi zəyifləyir. Əksər insanlar bədənin müqavimətini, səhvən, yüksək kalorili qidaların və dərmanların köməyi ilə gücləndirməyə çalışırlar. Bu da gətirib ona çıxarır ki, bədəni ət basır, artıq çəki yaranır, həm ölü qidalar, həm də dərmanlar hüceyrələri zəhərləyir, bağırsaqlarda yaranan şlak isə mikrobların və bakteriyaların zəngin yem bazasını yaradır, onların sürətlə artıb-törəməsinə kömək edir. Beləliklə də sağlamlığı qoruyan “ordu”, yəni, hüceyrələr qırılır, sağlamlığı dağıdan “ordu” - virus daşıyıcıları isə güclənir. Bu, bütün viruslara xas olan xüsusiyətdir, o cümlədən “COVID-19”a. Dünya tibb elmi COVID-19 qarşısında ona görə tam aciz qalıb ki, virusa qarşı təbii üsulla deyil, çox pul qazanmaq naminə, kimyəvi preparatların köməyi ilə mübarizə aparır. Halbuki, özü özünün həkimi olan ağıllı adamlar heç bir virusdan çəkinmir. Virusa qalib gəlmək istəyən şəxsin menyusu belə olmalıdır: Mikrobların ən güclü qənimi limon və sarımsaqdır. Hər gün 2-3 dəfə tərəvəz salatına 2-3 diş sarımsaq doğrayıb yeyən və 3-4 limonun şirəsini portağal və alma şirəsinə qatıb içən şəxs özünü hər cür virus daşıyıcısından qoruyur. ALLAH ŞƏFA VERSİN! Ərşad Əzimzadə, Geri qayıt |