Əsas Səhifə > Mənəviyyat > “Yaş fərqi çətinliklər yaradır”

“Yaş fərqi çətinliklər yaradır”


13-04-2021, 15:47

“Yaş fərqi çətinliklər yaradır”

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ailəsi ilə birgə kamera qarşısına keçib. 

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, o, xanımı Günay Kərimi və iki övladı ilə birgə İctimai TV-də yayımlanan  “Gəl, qonaq ol” proqramında iştirak edib. 

İkinci dəfə ailə quran S. Kərimi xanımı ilə aralarında böyük yaş fərqinin olduğunu qeyd edib.  Günay Kərimi isə sözügedən mövzuya toxunaraq bəzən yaş fərqinin ortaya çıxardığı çətinliklərdən söz açıb:

“Yaş fərqi bəzən çətinliklər yaradır. O, daha dərin düşünür. Baxışlar da fərqli olur. Amma onun kimi həyata baxmağa öyrənmişəm. Üç il mənə hisslərini və fikirlərini söyləmək üçün gözlədi. Əvvəldən bunu hiss edirdim. Mənə baxışlarından, münasibətindən və s.  Açığı deyim, evlilik təklifini gözləyirdim. Amma düşündüm ki, bir az naz edim. Onu tələbələr, işçilərlə səmimi münasibəti gözümdə yüksəldib”

 


Geri qayıt