Əsas Səhifə > Mənəviyyat > vəfat etdi

vəfat etdi


24-10-2015, 15:13

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

 "AzerTaym.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə aparıcı İradə İsaq məlumat verib.

Aparıcı əməkdar artistin xəstəxanada dünyasını dəyişdiyini bildirib:

"Nə qədər yaşatmağa çalışsam da, mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin".

Qeyd edək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Gülnar Salmanova xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.

ALLAH RƏHMƏT ELƏSİN!


Geri qayıt