Əsas Səhifə > Mənəviyyat > “Gənc nəsil qələt edib belə fikirləşir“ - Müğənnidən

“Gənc nəsil qələt edib belə fikirləşir“ - Müğənnidən


25-12-2021, 22:20

“Gənc nəsil qələt edib belə fikirləşir“ - Müğənnidən sərt sözlər

Atalar və oğullar arasında ziddiyyətlər həmə olub. Adətən, yaşlı nəsil orta nəsli, orta nəsil isə gənc nəsli bəyənmir. Yüz illərlə tarixi olan bu problem müasir dövrdə də aktualdır. Gənc valideynlərin övladları haqda danışarkən “oğlum”,“qızım” sözlərini işlətməsi, yaxud azyaşlı uşaqlarını ata-analarının yanında qucağına alması çox vaxt qınağa səbəb olur. Hətta buna görə, gənclərin “pozulduğunu” iddia edənlər də var.

 

Bu yanaşma düzgündürmü?

Ümumiyyətlə, gənc valideynin ata-anasının yanında övladına "oğlum", "qızım" demesi düzgündürmü?

Müğənni Əli Mirəliyev Yenisabah.az-a açıqlamasında deyib ki, xalq olaraq böyüyə hörmət etməyi bacarırıq:

“Hər bir xalq kimi bizim də özümüzə məxsus mentalitetimiz var. Hər kəsin ailəsində özünəməxsus yaşam tərzi var. Hamının eyni cür davranması, yaşaması mümkün deyil. Bizim bir gözəl xüsusiyyətimiz var ki, o da böyüyə hörmət etməkdir. Bunu bacarırıq”.

Müğənni qeyd edib ki, biz küsəyən xalq olduğumuza görə, hər şeyə diqqət edirik:

“Yeni dünya yaranıb. Diqqət edirəm, insanlar bir-birilərinə qarşı mehriban deyillər. Biz küsəyən xalqıq. Ona görə hər şeyə diqqət edirik. Əgər atanın yanında öz uşağını “atam-atam” deyərək əzizləsən, bu böyüyə qarşı hörmətsizlikdir. Mən atayam, gözüm görə-görə o söz uşağa deyilsə, o zaman mən kiməm. O sözü deməklə atana qarşı səhv etmiş olursan”.

Ə.Mirəliyevin sözlərinə görə, gənc ata-ana öz valideynin yanında uşağını əzizləməməlidir:

“Gənclər elə bilirlər ki, özbaşına doğulublar. Xeyr. Gənc nəsil belə fikirləşib neylədi? Gənc nəsil qələt edib belə fikirləşir. Gənc nəsil necə gördüyünə baxsın. Mənim yanımda uşağını əzizləmə, atan var. Baxır. Olmaz. Bu böyüyə hörmətsizlikdir. Vəssəlam”.


Geri qayıt