Əsas Səhifə > Mənəviyyat > Sübuta ehtiyacı olan ən ali sevgi (iddiası)
Sübuta ehtiyacı olan ən ali sevgi (iddiası)14-12-2023, 00:41 |
Əgər bir insan Allahı və Onun elçisiniﷺ iddia edirsə, bu, sadəcə bir iddia olaraq qala bilməz. Bütün sevgilərin sübuta ehtiyacı olduğu kimi, bu ali sevginin də isbata və dəlil-sübuta ehtiyacı vardır. Əgər isbat olunmazsa, bu iddianın heç bir dəyəri olmayacaq, habelə ona fayda verməyəcək. Çünki bu, ucuz bir şey deyil, sevgilərin ən üstünü, ən dəyərlisi, ən xeyirlisi və ən faydalısıdır.Əgər insan Allaha və Onun elçisi Muhəmmədəﷺ olan sevgisində səmimi oldugunu isbat etmək istəyirsə, Rəsulullahınﷺ yolunu tutub getməlidir. Bu xüsusda Ali-İmran surəsinin 103-cü ayəsində belə buyurulur:
Məşhur təfsirçi alim İbn Kəsir bu ayəni belə izah etmişdir:
Odur ki, Uca Allah, Öz peyğəmbərinə xitab edərək belə buyurur:
Yəni belə etsəniz, sizin nail olmaq istədiyiniz sevgidən daha üstün və daha əzəmətli olanına – Allahın sizi sevməsinə nail olarsınız. Allahı sevmək – Onun peyğəmbərinəﷺ tabe olmaqdan keçir. Bəzi müdrik alimlər deyərlərmiş ki: ”Sənin bir kimsəni sevməyin elə də önəmli deyil, önəmli olan budur ki, sən özün seviləsən.” (Təfsir İbn Kəsir, 1/359) Həsən əl-Bəsri və digər salehlər demişlər: ”Bir toplum insan Allahı sevdiyini iddia etmiş, Allah da onları bu ayə ilə (Ali-İmran, 103) sınağa çəkmişdir.”Bir sözlə, əsl sevgi – təkcə iddia etməkdən və sevdiyini dilə gətirməkdən ibarət olan bir şey deyil, əksinə, sevdiyinin sevdiyi şeylərə önəm verib, sevmədiklərindən uzaq duraraq bu sevgini sübut etməkdir. Bununla sevgi isbat olunur və qarşı tərəfin də sevgisi qazanılmış olur.Allah sevgisini qazanan kəs – bu dünyanın ən xoşbəxt insanına çevrilərək, sözlə izah oluna bilməyən bu möhtəşəm duyğunu öz qəlbinin dərinliklərində hiss edir. Habelə, həyatının hər bir hadisəsində o ali sevginin təcəllisini və Uca Allahın dəstəyini aşkar şəkildə görə bilir...Ayxan YaquboğluGeri qayıt |