Əsas Səhifə > Mənəviyyat, Slayd > Bu müğənnilər Azərbaycanı tərk edə bilməz
Bu müğənnilər Azərbaycanı tərk edə bilməz25-11-2015, 11:02 |
Vergilər Nazirliyi şou-biznes ilə məşğul olmaqla fərdi qaydada gəlir əldə edən şəxsin vergi öhdəliyini yerinə yetirmədikdə nə kimi məsuliyyət tədbirlərinə cəlb olunacağını açıqlayıb. Nazirlikdən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
Geri qayıt |