Əsas Səhifə > Mənəviyyat > Novruz bayramının İslam dinindəki yeri (tarixi baxış |
Novruz bayramının İslam dinindəki yeri (tarixi baxış |20-03-2025, 01:19 |
Bayramlar — irqindən asılı olmayaraq — hər bir insanın böyük həvəslə gözlədiyi, təm-təraqla qeyd etdiyi xüsusi günlərdir. İslam dini də, bayram günlərinə xüsusi önəm vermiş və müsəlmanları, həmin günləri gözəl şəkildə qeyd etməyə təşviq etmişdir. Çünki İslam dini — bəzi dar düşüncəli insanların təqdim etməyə çalışdıqları kimi «qara bayram» və ya matəm dini deyil, əqidəvi xüsusiyyətlərə zidd olmayan bayramları gözəl şəkildə keçirməyə həvəsləndirən mübarək bir dindir.
İlk olaraq, «bayram» termininin nə kimi məna kəsb etdiyinə nəzər yetirək:
İldən-ilə təkrarlanan və hər dəfə insanların böyük həvəslə gözlədikləri bu bayram günlərini əhəmiyyətli hala gətirən — onun səbəbi, mahiyyətidir. “Bu, sadəcə adət bayramıdır” və ya “bu bayram sadəcə olaraq çox xoşuma gəlir” – kimi düşüncələr, güclü bir mahiyyət səbəbi təşkil etməz. Çünki, səbəb və mahiyyət olmadan heç bir şey dəyər kəsb edə bilməz. Sual: «Novruz» bayramının İslam dini ilə əlaqəsi varmı? İnsanlar nə zamandan və hansı səbəbdən dolayı bu bayramı qeyd etməyə başlayıblar? Bu sualların cavabı üçün, Novruz bayramının tarixinə qısaca bir nəzər salaq..
Novruz gününün ortaya çıxması haqqında müxtəlif fikirlər və versiyalar vardır. Onlardan bəziləri: — Atəşə ibadət edənlərin «peyğəmbər» olaraq qəbul etdikləri Zərdüşt, səadət və xoşbəxtlik gətirmək üçün xalqa bir «Tanrı» olaraq seçilməsi, — Əfsanəvi kral olan Təhmuras’ın, pis ruhları və mərhəmətsiz insanları zindana göndərməsi, — Quştasp, Qaetun kraliçası və Jamasp’ın — «yaxşılıq tanrısı» Əhəru-Mazdan’ın dinini — yəni Zərdüştlüyü qəbul etməsi və s. Bununla yanaşı Novruz’un ortaya çıxışı, həmin gün üzərinə düşən günəş şüalarını hiss edən əfsanəvi kral Cəmşidlə də əlaqəlidir. Zərdüştlüyün (atəşpərəstliyin) gizli kitabı olan (İslama görə uydurma və batil olan) «Avesta»-nın ideologiyasına görə insanlar hər yaz, həyatın başlanğıcını dünya üzərində altı formada (hava, su, torpaq, bitkilər, heyvanlar və insan) qeyd etmək məcburiyyətindədirlər. Novruzun simvollarından hesab olunan ‘ilaxır çərşənbələri’ də, təməlini bunlardan alır.. Cəmşidin istəyinə uyğun olaraq zərdüştlər sonradan bu «bayramı» altı gün qeyd etməyə başladılar. Fars kralı Cəmşidin adıyla bağlı olan bu «Şəm Nəsim» gününə «Novruz» deyilməyə başlandı. «Novruz» sözü fars sözü olub, «yeni gün» deməkdir. Ərəb dilinə «Neyruz» kimi keçən bu bayram, bütpərəst mitra dininin və sonralar zərdüştlərin (atəşpərəstlərin) ən böyük bayramı hesab olunur. Bu bayram, təqviminin ilk günü hesab olunaraq, beş gün (bayram olaraq) davam edir (toplam altı gün).
«Kim bir qövmə (tayfaya, dinə) bənzəyərsə, o da onlardandır.» (Əbu Davud və Əhməd)
Böyük İslam alimi Muhəmməd b. Əhməd Zəhəbi bu cür bayramların qeyd olunması barədə belə buyurur:
Allaha və Onun göndərmiş olduğu Elçiyə ﷺ həqiqi mənada iman etmiş bir insan, bu bayramın zahirən gözəl görünsə də, əslində necə batil bir bayram olduğunu aşkar şəkildə sezə bilər. Axı necə ola bilər ki, belə bir «gözəl bayram» olsun və nə Peyğəmbərimiz ﷺ, nə Onun əhli-Beyti, nə də digər səhabələr bunu qeyd etməmiş olsun?! Axı O, insanı dünya və axirətdə xoşbəxt edəcək hər şeydən xəbər vermək üçün gəlmişdi?.. Hər şeyə “halal” deyən qruplar isə, müəyyən qədər insanların könlünü xoş etməyi bacarsalar da, sonradan dindən soyumaqlarının da ən böyük səbəbkarlarıdırlar.
Peyğəmbərimiz ﷺ Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. «Bu günlər nədir?» — deyə soruşduqda, onlar: «Cahiliyyət dövründə bu iki gündə oynayardıq..» — dedilər. Peyğəmbərimiz ﷺ isə belə buyurdu: «Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları.» (Əbu Davud)
Həqiqətən, bir bayramın mənşəyi məlum deyilsə və bundan da pisi — bir bayramın təməli — Allahı bir kənara buraxaraq ölüb getmiş insanlara və atəşə ibadət edənlər tərəfindən qoyulmuşdursa, müsəlman şəxs üçün ən doğru davranış – özünü aldatmamaq, belə bir «bayram»-ı qeyd etməmək və Əziz Peyğəmbərimizin tövsiyəsinə uyğun olaraq, iki mübarək bayram olan Qurban və Ramazanla kifayətlənmək – olmalıdır. Müxtəlif millətlərin keçirdikləri bayramlara gəlincə, İslam dinini qəbul etmiş bütün xalqlar, İslamdan öncəki cahiliyyət dövrlərindəki batil bayramların hər birini zamanla tərk etmişdilər. Çünki anlamışdılar ki, həm müsəlman olub, həm də İslamdakı ən böyük günah hesab olunan şirk əməlindən qaynaqlanan bayramları qeyd etmək – böyük bir paradoksdur (uyğunsuzluqdur). Sadəcə insanlar öz etiqadlarında zəiflədikdə, keçmiş cahiliyyəti yavaş-yavaş yadına düşür və addım-addım ora qayıtmağa başlayır. Təkcə bu mövzuya aid olmamaqla bu, böyük bir fəlakətdir. Bununla yanaşı, bu cür məsələlərdən «istifadə edərək» İslam dinini «qaranlıq», «bayramsız» bir din kimi qələmə verməyə çalışanlara isə demək istəyirik ki, İslam dini, yer üzündə mövcud olan dinlər arasında ən çox bayramı olan bir dindir. Müsəlmanlar, hər həftə öz bayramlarını — Cümə gününü gözəl şəkildə qeyd edirlər. Necə ki, Peyğəmbərimiz ﷺ buyurmuşdur: «Günəş cümədən daha xeyirli bir gündə doğmamış və batmamışdır..» (Tirmizi)
islamevi.az Geri qayıt |